Fəzail Ağamalı Ilə Vida Mərasimi Keçirilir - Fotolar » DaylyAz
Politika

Fəzail Ağamalı ilə vida mərasimi keçirilir – Fotolar

Ötən gün vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçirilir. 

“Qafqazinfo”nun məlumatına görə, Heydər məscidində təşkil olunan mərasimdə mərhumun yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak edir. 

Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Ramana qəbiristanlığına (Gülçülük sovxozu adlanan ərazidə yerləşir) aparılacaq. 

Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan 79 yaşlı F.Ağamalı dünən Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.

Foto: Xəyal Vəlizadə

Mənbə: https://qafqazinfo.az/news/detail/fezail-agamali-ile-vida-merasimi-kecirilir-fotolar-498339

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button