Toydan çıxarkən bıçaqlandı – Davulçu keçmiş sevgilisindən şikayətçidir-Fotolar

Fevralın 1-nə Şəmkirdə keçmiş sevgilisi tərəfindən bıçaqlanan 33 yaşlı Səkinə İmamquliyeva qarşı tərəfin onun taleyinə və müalicəsinə biganə yanaşdığını bildirir.
“Qafqazinfo”ya müraciət edən Səkinə İmamquliyeva musiqiçi (davulçu) olduğunu və hadisənin də toyun keçirildiyi şadlıq evinin qarşısında baş verdiyini deyib.
Hadisə fevralın 1-nilin saça 19:00 radələrində baş verdi. Şadlıq evinin qarşısında maşınıma minərkən, əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığı Əli Kamran oğlu Əsgərov qəfil hücum etdi. O, gözlənilmədən maşınına yaxınlaşdı, sağ ön qapını açaraq boğazımdan tutub boğmağa çalışdı. Daha sonra cibindən bıçaq çıxarıb 4 dəfə zərbə endirdi. Zərbələrdən biri ürək nahiyəmə, üçü isə sol qoluma dəydi. Həmin vaxt bıçaq qırılaraq döş qəfəsimdə qaldı, yoxsa daha çox zərbə endirib məni öldürə də bilərdi.
Bıçağın qırıldığını, ətrafdakı insanların səs-küyə gəldiyini görərək qaçıb getdi. Səkinə İmamquliyeva qeyd edib ki, hadisəyə səbəb onun sevgilisindən ayrılması olub.
Hadisə zamanı əli kəsici-deşici alətlə yüngül bədən xəsarəti yetirilməsi faktı təsdiqlənib. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Səkinə İmamquliyevanın taleyinə və müalicəsinə biganə yanaşan qarşı tərəf isə heç maraqlanmır. Həyatına hər an təhlükə ola bilər. Bu işin ədalətli araşdırılmasını və təhlükəsizliyinin təmin olunmasını istəyir.







