Tərtərdə Baş Verən Qəza: Sərnişin Həlak Olub » DaylyAz
Kriminal

Tərtərdə baş verən qəza: sərnişin həlak olub

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Seydimli kəndi ərazisində qeydə alınıb.

Tərtər rayon sakini İxtiyar Cəfərovun sükanı arxasında olduğu “JAC” markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşaraq qəza törədib.

Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan Bərdə rayon sakini 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/terterde-qezada-sernisin-oldu-498337

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button