Bakıda Restoranın Yandırılmasına Görə Daha Iki Nəfər Tutuldu » DaylyAz
Kriminal

Bakıda restoranın yandırılmasına görə daha iki nəfər tutuldu

Qaradağın Qobustan qəsəbəsində yerləşən “Şeyx Lounge” restoranının yandırılmasına görə daha iki nəfər tutulub.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən daha iki nəfər – C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə fevralın 8-i saat 23:00 radələrində baş verib. Daha əvvəl hadisə ilə bağlı iki nəfər saxlanılmışdı.

Yanğının baş verməsinə ilkin səbəb olaraq iki nəfərin öz aralarında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri obyektdə yanğın törədib. Ardınca isə müştərilərin orada qalmaq üçün qapını arxadan bağlayıb.
Yanğın nəticəsində biri ayaq nahiyəsindən yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, bir dam altında tikilən, ümumi sahəsi 600 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, avtomobil ehtiyat hissələrinin satışı mağazası və avtomobil təmiri sexləri) sahəsi 250 m² olan kafenin yanar konstruksiyaları yanıb.
Restorana 150 min manatdan artıq ziyanın dəydiyi bildirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/bakida-restoranin-yandirilmasina-gore-daha-bir-nefer-tutuldu-498357

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button