“Həmişə Deyirdi Ki, Sən Mənim Qardaşımsan...” - Video » DaylyAz
Politika

“Həmişə deyirdi ki, sən mənim qardaşımsan…” – Video

“O, mənim bu dünyada hər şeyim idi, mənim əzizim idi, sirdaşım idi. Həmişə mənə deyirdi ki, sən mənim qardaşımsan”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri mərhum sabiq deputat Fəzail Ağamalının həyat yoldaşı Suqra İmanova vida mərasimi zamanı APA TV-yə açıqlamasında deyib. 

“Onun heç vaxt ürəyində ağrılar olmayıb. Heç indi gedəndə də yox idi. Türkiyəyə müayinə üçün getmişdi. İnfarkt keçirdi, xəstəxanaya gedib çata bilmədi, hoteldə dünyasını dəyişdi. Heç nə arzulamıram, bircə deyirəm ki, heyif ondan, çox heyif…”, – xanımı bildirib. 

Qeyd edək ki, sabiq deputat Fəzail Ağamalı ötən Türkiyədə vəfat edib. Mərhumun cənazəsi ölkəyə gətirilərək Ramana qəbiristanlığında dəfn olunub. 

Mənbə: https://qafqazinfo.az/news/detail/hemise-deyirdi-ki-sen-menim-qardasimsan-video-498359

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button