Şou Biznes Xəbərləri
35 yaşımın sevinci

Müğənni Günay İbrahimlinin doğum gününü qeyd edir.
Azərbaycanlı sənətçi xatirələrini bu sözlərlə yayıb:
"Balaca olanda elə bilirdim ki, böyük adamlar böyük olurlar. Qorxmurlar, üşümürlər, qayğısız olurlar. Uzaq baxırdım o yaşlara. 35 yaşlı adam mənim təsəvvürlərimdə böyük adam idi. Böyüyəndə olmaq istədiyim adam idi. Deyir, həyatda ən böyük xəyanət uşaqlıq arzularına xəyanətdi. Bayaq baxdığımız videonu izləyəndə anladım ki, mən uşaqlıq arzularıma xəyanət etməmişəm. Başa düşdüm ki, böyümüşəm. Xoş gəldin, 35! Sən gəldiyin üçün yox, mən səni uşaqlığımdakı saflıqla qarşılaya bildiyim üçün xoşbəxtəm".
Mənbə: https://news.milli.az/showbiz/1315614.html







