“Tahir Gözəllə Bu Barədə Danışmamışam” - Qurban Qurbanov » DaylyAz
Idman Xəbərləri 206

“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı klub prezidenti Tahir Gözəlin çıxışına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, T.Gözəllə bu barədə danışmadığını deyib:

“Ola bilər ki, rəhbərlik səviyyəsində nəsə danışılıb. Mən Tahir bəylə bu barədə danışmamışam”. 

Təcrübəli mütəxəssis Joni Montielin oyunlarda aqressiv olmasına da münasibət bildirib: “Montiel topla oynayan futbolçudur. Belə halda da rəqiblər ona qarşı aqressiv oynayır. O da istər-istəməz hakimə, rəqib oyunçulara etiraz edir. Orda elə xırda detallar var ki, biz uzaqdan görməyə bilərik. Kimsə hansısa sözü deyə bilər, kimsə ayağını tapdalayar. O da insandır və öz narazılığını bildirir. Bu oyunlarda aqressivlik futbolçunun toparlanmasına kömək edir”.   

Mənbə: https://qafqazinfo.az/news/detail/tahir-gozelle-bu-barede-danismamisam-qurban-qurbanov-498399

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button