Xalq Artistinin əmlaklarının Dəyəri BİLİNDİ: 33 Milyon Manat... » DaylyAz
Şou Biznes Xəbərləri

Xalq artistinin əmlaklarının dəyəri BİLİNDİ: 33 milyon manat…

Rusiyanın Xalq artisti Qriqori Lepsin sahib olduğu daşınmaz əmlak portfelinin dəyəri 1,5 milyard rubldan (təxminən 33 milyon 24 min manat) çoxdur.

Leps paytaxtın mərkəzində də mənzilə sahibdir. Sahəsi 83 kvadratmetr olan bu əmlakın təxminən 70 milyon rubl dəyəri olduğu qeyd olunur.

Sənətçinin Tver vilayətində – Volqa çayı və Staritsa monastırının yaxınlığında 4,2 hektarlıq torpaq sahəsi də var.

Bundan əlavə, onun Moskvanın Xamovniki rayonunda yerləşən yaşayış kompleksində 300 kvadratmetr sahəsi olan mənzili mövcuddur. Həmin mənzilin bazar qiymətinin 386 milyon rubl olduğu bildirilir. Eyni kompleksdə Lepsə məxsus 18 milyon rubl dəyərində ayrıca parkinq yeri də var.

Müğənninin mülkləri arasında paytaxtın Başman rayonunda yerləşən, sahəsi 130,1 kvadratmetr olan və 58 milyon rubl dəyərində qiymətləndirilən daha bir mənzil də yer alır.

Bu gün isə məlum olub ki, Qriqori Leps Novorizsk şossesində yerləşən, Tay üslubunda tikilmiş malikanəsini satışa çıxarıb. 20 sot torpaq sahəsində inşa edilən bu evin qiyməti 550 milyon rubl təşkil edir. Ümumi sahəsi 1 800 kvadratmetr olan malikanədə yeddi yataq otağı və onadək sanitər qovşaq var. Evdə hovuz və sauna ilə təchiz edilmiş SPA zonası, kitabxana, mövsümlər üçün ayrılmış garderob otaqları, qış bağı və qaraj da mövcuddur.

Mənbə: https://news.milli.az/showbiz/1315738.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button