Nigar Həsənovanın Işində Bir Neçə Detallar Aşkar Olundu - Yaxın 1 Milyon Manat... » DaylyAz
Kriminal

Nigar Həsənovanın işində bir neçə detallar aşkar olundu – yaxın 1 milyon manat…

Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənovanın cinayət işi üzrə bir neçə fakt yaxşı dəqiqləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində 18 nəfər zərərçəkən müəyyən edilib.

Nigar Həsənovanın onlara məxsus ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyənləşib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Nigar Həsənovanın həbs edilməsi ilə bağlı xəbər yayımlandıqdan sonra daha bir neçə nəfər “Qafqazinfo” ilə əlaqə saxlayaraq, onların da pullarının adıçəkilən şəxs tərəfindən ələ keçirildiyini iddia ediblər. 

Qeyd edək ki, Nigar Həsənova İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.

Mənbə: https://qafqazinfo.az/news/detail/nigar-hesenovanin-isinde-bezi-detallar-melum-oldu-1-milyona-yaxin-pul-498472

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button