Güclü Qar Səbəbindən Bu Rayonlarda Yollar Bağlandı - Fotolar » DaylyAz
Aktual xəbərlər

Güclü qar səbəbindən bu rayonlarda yollar bağlandı – Fotolar

Ötən gün axşam saatlarından yağan intensiv qar Cəlilabad və Biləsuvar rayonlarında bir sıra fəsadlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, güclü qar səbəbilə Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, bəzi ərazilərdə yollar tam bağlanıb. 

Rayonun dağlıq zonasında yerləşən 19 kənddə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

Biləsuvar rayonunda da güclü qar səbəbindən avtomobillərin hərəkəti xeyli çətinləşib, bir sıra yaşayış məntəqələrində elektrik enerjisində fasilələr müşahidə olunur.

Hazırda hər iki rayon üzrə müvafiq dövlət qurumları tərəfindən yolların açılması, enerji təchizatının bərpası və digər fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Mənbə: https://qafqazinfo.az/news/detail/guclu-qar-sebebinden-bu-rayonlarda-yollar-baglandi-fotolar-498486

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button