Kriminal
17 yaşlı oğlan yıxılıb ağır zədə aldı

Abşeronda yeniyetmənin zədə alması ilə nəticələnən hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Mehdiabad qəsəbə sakini 2009-cu il təvəllüdlü Kənan Kərimov kənd ərazisində yıxılıb.
Bu zaman yerdə olan dəmir parçası onun qarın nahiyəsinə batıb.
Daxilə nüfuz edən zədə almış K.Kərimov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Hazırda araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/17-yasli-oglan-yixilib-agir-xesaret-aldi-498523







