Müasir müğənnilər atlana-atlana oxuyur, biədəb görünür

Ruhəngiz Musəvi müğənnilərin xeyrinə danışır…
Əməkdar artist Ruhəngiz Musəvi “Öz aramızda” verilişində müasir müğənnilərlə bağlı sərt fikirlər səsləndirib.
“Müasir müğənnilər səhnədə atlana-atlana oxuyur, biədəb görünürlər. Övladınızı düşünün. Qadına yaraşan hərəkətlərdir bu? Məşhurluq ayrı, sevgi, hörmət qazanmaq ayrı şeydir. Mən danışığımı da, geyimimi, oturuşumu da bilmişəm.”
Ruhəngiz Musəvi xüsusilə gənc xanım ifaçılara müraciət edərək əlavə edib:
“Gənc qızlara hardasa elə hərəkət yaraşar, ancaq övladu olan qadınlar gələcəkdə elçi gedəcəksiniz, yaxud qapınıza gələcəklər. Bunları fikirləşin. Lap ağ ediblər, əsəb keçirirəm. Bu qədər də oxuyan olar?”
Əməkdar artistin bu açığamları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mənbə: https://news.milli.az/showbiz/1315852.html







