Vensin İrəvana Səfəri Gündəmdən Düşmür - Fotolar » DaylyAz
Politika

Vensin İrəvana səfəri gündəmdən düşmür – Fotolar

ABŞ vitse-prezidenti Ceyms Devid Vens Cənubi Qafqaza tarixi səfərini başa vursa da, amerikalı rəsminin regiona gəlişi dünya mediasında hələ də gündəmdə qalmağa davam edir.

“Qafqazinfo” xəbər verir ki, C.D.Vensin Ermənistanın paytaxtı İrəvana səfəri çərçivəsində qondarma “erməni soyqırımı” abidəsini ziyarət edərək rəsmi “X” hesabında oradan görüntülər paylaşması və daha sonradan silməsi ciddi rezonansa səbəb olub.

Qeyd edək ki, ilk paylaşım silindikdən sonra ikinci paylaşım edilib. Burada diqqətçəkən məqam isə birincidən fərqli olaraq “erməni soyqırımı” sözlərinin silinməsi olub. Bununla belə, abidəni ziyarətdən görüntülər yenidən paylaşılıb.

Məsələ tez bir zamanda “CNN”, “Reuters”, “Associated Press”, “The Wall Street Journal”, “The New York Times”, “Bloomberg”, “The Washington Times”, “The Independent”, “The Times of Israel” və digər mediaların diqqətini cəlb edib.

Onu da bildirək ki, bu cür ifadənin işlədilməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının mövqeyinə zidd olub. Belə ki, Ağ Ev rəsmi bəyanatlarda “soyqırımı” terminindən istifadə etməməyə üstünlük verir.

Mənbə: https://qafqazinfo.az/news/detail/vensin-irevana-seferi-gundemden-dusmur-fotolar-498622

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button