Qardaşım Mənə Ləkə Yaxıb Məhkəməyə Verdi - Efirdə AĞLADI » DaylyAz
Şou Biznes Xəbərləri

Qardaşım mənə ləkə yaxıb məhkəməyə verdi – Efirdə AĞLADI

Əməkdar artist Sonaxanım Əliyeva “Tarixin bir günü” verilişində duyğusal anlar yaşayıb.

Müğənni bildirdi ki, anasının vəfatı ilə bağlı xəbəri ona ailə üzvləri deyil, başqa bir şəxs çatdırıb:

“Anamın ölüm xəbərini mənə demədilər. Başqası zəng vurub dedi. Həyatımın şokunu yaşadım. O zaman qardaşımı ürəkdən bağışladım. Fikirləşdim ki, insandır, həmin an səhv edib. Qardaşdır, pisliyimi istəməz”

Sənətçi qeyd etdi ki, hər zaman böyüklük göstərməyə çalışıb:

“Mən kiçik bacı olsam da, böyüklük göstərirdim. Amma sonra məni ləyaqətsiz vərəsə kimi məhkəməyə verdi. Halbuki hamı bilir ki, anamın yanında mən olmuşam, ona baxmışam. Ailə quranda da yanımda olub”

Sonaxanım Əliyeva məhkəmə proseslərinə qatılmadığını da vurğulayıb:

“Məhkəmələrə getmədim. Anamın sağlığında evi özlərinə götürdülər. Heç kim özü ilə o dünyaya nəsə aparmayacaq”

O, qardaşının övladlarının barışıq üçün təşəbbüs göstərdiyini, lakin yenidən məhkəməyə verildiyini deyib:

“Oğullarını qapıma göndərdilər, ağladı, dedi bəsdir, mehribanlıq olsun. Bağışman. Ardınca yenə məhkəməyə verildim. Ona görə deyirəm ki, xəyanət edən yenə edəcək. Bu fikirdən raziyyam”

Sənətçinin efirdə səsləndirdiyi sözlər studiyada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1316030.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button