Şou Biznes Xəbərləri
Nəriman üçün mən “ağız açmışdım” – FOTO

Aktyor Elcan Rəsulov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Sənətçi süni intellekt vasitəsilə ABŞ-də forma geyinən L. Messi ilə fotosunu paylaşaraq Nərimana görə "ağız açdığını" bildirib. O, paylaşımına belə bir qeyd əlavə edib:
"Nəriman üçün mən ağız açmışdım, gözləyirdim ki, alınsın, sizə deyim."
Aktyorun bu zarafatyana paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Mənbə: https://news.milli.az/showbiz/1316106.html







