Aysel Şükürün Keçmiş Həyat Yoldaşına Yenidən Cinayət Işi Açılıb » DaylyAz
Şou Biznes Xəbərləri

Aysel Şükürün keçmiş həyat yoldaşına yenidən cinayət işi açılıb

Azerbaijan Respublikası mətbuat orqanlarından bildirilib ki, məhkəmə qərarının icra edilməməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başladılıb və ona rəsmi qaydada ittiham elan olunub.

Belə ki, müəyyən edilib ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən aliment öhdəliyi uzun müddət ərzində yerinə yetirilməyib, nəticədə 9600 manat məbləğində borc yaranıb. Məhkəmə qərarlarının icrasından qəsdən yayınma və aliment ödənişlərinin illərlə verilməməsi faktları üzrə toplanan materiallar əsasında müvafiq tədbirlər görülüb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qanunvericiliyin tələblərinə əsasən, məhkəmə qərarlarının icrası məcburidir və bu öhdəliyin yerinə yetirilməməsi cinayət məsuliyyəti yaradır. /olay.az

Mənbə: https://news.milli.az/showbiz/1316218.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button