Prezident Bərzani Ilə Görüşdü - Fotolar » DaylyAz
Politika

Prezident Bərzani ilə görüşdü – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib.

Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Dövlət başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət edib. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.

Mənbə: https://qafqazinfo.az/news/detail/prezident-berzani-ile-gorusdu-fotolar-498791

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button