"Oyuncağı 2 Il övlad Kimi Bağrıma Basdım, Onunla DANIŞIRDIM" » DaylyAz
Şou Biznes Xəbərləri

"Oyuncağı 2 il övlad kimi bağrıma basdım, onunla DANIŞIRDIM"

Müğənni Mətanət Əsədova illər əvvəl yaşadığı maraqlı və bir qədər də təəccüblü hadisəni ilk dəfə ictimaiyyətlə bölüşüb.

"Yalandan dedim ki, hədiyyə aparıram. İlk dəfədir deyirəm, heç kim bilmir. O oyuncağı aldım və iki ilə yaxın onunla yatıb, onunla oyanırdım. Onunla danışırdım".

"Bir nəfər əlimdən aldı ki, belə etsən dəli olarsan. Bir dəfə pis yuxu gördüm, elə bildim həqiqətən nəsə oldu, sanki ağladı, səsinə oyandım. Dəlicəsinə bağlanmışdım, "havalanmışdım"".

Müğənni əlavə edib ki, evə qonaq gələndə oyuncağı gizlədib, gecələr isə yenidən götürərək Onunla danışıb.

Sənətçinin bu səmimi etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1316212.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button