“İmişli” “Qarabağ”a, “Zirə” “Karvan-Yevlax”a Qarşı » DaylyAz
Idman Xəbərləri 206

“İmişli” “Qarabağ”a, “Zirə” “Karvan-Yevlax”a qarşı

Bu gün Misli Premyer Liqasında 20-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Öncə “İmişli” “Qarabağ”la qarşılaşacaq. İlk oyun gününün digər qarşılaşması “Zirə” ilə “Karvan-Yevlax” arasında keçiriləcək.

“Kəpəz” – “Neftçi” və “Araz-Naxçıvan” – “Sumqayıt” oyunları sabah, “Şamaxı” – “Turan Tovuz” və “Qəbələ” – “Sabah”  görüşləri fevralın 16-da keçiriləcək.

Misli Premyer Liqası
20-ci tur
14 fevral

“İmişli” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev.
Quba OİK-in stadionu, 14:30.

“Zirə” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Mənbə: https://qafqazinfo.az/news/detail/imisli-qarabaga-zire-karvan-yevlaxa-qarsi-498857

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button