Ronaldo Klubuna Qayıtdı - Video » DaylyAz
Idman Xəbərləri 206

Ronaldo klubuna qayıtdı – Video

Bir neçə matçdır Səudiyyə Ərəbistanı çempionatını boykot edən Portuqaliyalı ulduz Kriştiano Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıdıb. 

“Qafqazinfo” xəbər verir ki, o, çempionatın 22-ci turunda sabah “Əl-Fateh”lə keçiriləcək oyunda iştirak edəcək. 

Daha əvvəl Ronaldo Səudiyyə çempionatında “Əl-Riyad” və “Əl-İttihaad”a qarşı oyunları, həmçinin Asiya Çempionlar Liqasında “Arkadag”la oyunu buraxmışdı.

Xatırladaq ki, Ronaldo Suveren Fondu (PIF) tərəfindən “Əl-Nəsr”in rəqiblərlə müqayisədə idarə edilməsindən narazıdır və hesab edir ki, klub çempionluq uğrunda mübarizədə əngəllərlə üzləşir. Ronaldo həmçinin Kərim Benzemanın “Əl-Hilal”a keçməsinə qarşı çıxıb, bunu “rəqabətə zərər vurmaq” kimi qiymətləndirib.

Mənbə: https://qafqazinfo.az/news/detail/ronaldo-klubuna-qayitdi-video-498860

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button