Idman Xəbərləri 206
“Neftçi” 3 Futbolçu Transfer Etmişdir

“Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.
Mətbuat xidməti bu barədə məlumatı yayıb. Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb. Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.
Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.
Mənbə: https://qafqazinfo.az/news/detail/neftci-3-futbolcu-transfer-etdi-498876








