Qurban Qurbanovdan Sərt Açıqlamalar - “Nyukasl”la Matça Hazır Ola Bilməyəcəyik” » DaylyAz
Idman Xəbərləri 206

Qurban Qurbanovdan sərt açıqlamalar – “Nyukasl”la matça hazır ola bilməyəcəyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İmişli”yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirb.

“Qafqazinfo” xəbər verir ki, o, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını bildirib:

“Meydança yox kimi idi. Sanki xokkey meydançası idi. Bu sürüşür, o sürüşür, ötürmə verə bilmirlər. Belə meydançada necə futbol oynamağa icazə verirlər? Bir-iki gün əvvəl İspaniya çempionatında iki oyunu meydançanın durumuna görə təxirə saldılar. Belə ot örtüyündə oynamağa icazə verilməsi…Mən çox danışmaq istəmirəm. İrad bildirəndə deyirlər ki, ancaq “Qarabağ tərəfi nə isə danışır. Ona görə çox da danışmaq istəmirəm. Amma bu meydançanın durumunu görməyə nə Qurban lazımdır, nə də başqası. Bu cür olmaz da…

Dərindən düşünsək, hər bir şeydə çıxış yolu olmaz. Nə meydança var, nə temp var, zədədən qorxursan, heç nə də yəni…Mən bu oyunla “Nyukasl”la matça necə hazırlaşacağam? Gəl indi 3-4 gün futbolçulara bərpa məşqi ver. İkiqat yükləndilər oyunçular. Həddindən çox müzakirə olunası mövzudur. Bütün komandalar burdan şikayət edir. Buna nə isə etmək olmaz? Oturub gözləyirik ki, futbolçular nə zaman zədədən qurtaracaqlar? Biri orada ayağın tutur yıxılır, biri burada. Futboldan başqa nə desən, var idi”.

Q. Qurbanov protokolda adı olmayan Mateuş Koxalskidən və oyunda zədələnən Leandro Andradedən də danışıb:

“Koxalskinin mikrozədəsi var idi. Ona görə heyətə salmadım. Leonun durumu elədir ki, bilinmir zədə nədir. Ümumiyyətlə, meydançanın vəziyyətinə görə anlamaq olmur ki, dizi zədələndi, ya harası? Bilmək olmur, sabah bilinəcək”.

Mənbə: https://qafqazinfo.az/news/detail/qurban-qurbanovdan-sert-aciqlamalar-nyukaslla-matca-hazir-ola-bilmeyeceyik-498908

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button