Əməkdar Artistdən Narazılıq: "Nüfuzum Yoxdur Deyə Aparıcılar Məni Proqramlarına çağırmırlar" » DaylyAz
Şou Biznes Xəbərləri

Əməkdar artistdən narazılıq: “Nüfuzum yoxdur deyə aparıcılar məni proqramlarına çağırmırlar”

Əməkdar artist Zaur Əmiraslanov “Öz aramızda” verilişində səsləndirdiyi fikirlər ilə gündəm olub.

O, müğənninin bəzi televiziya aparıcıların onu proqramlarına dəvət etməməsindən narazılığını ifadə edib.

Zaur Əmiraslanov bildirdi ki, xüsusilə aparıcı Zaur Nəbioğlu, Zaur Kamal, Yalçın və Zümrüd Bədəlova onu verilişlərinə ya ümumiyyətlə çağırmır, ya da çox nadir hallarda dəvət edirlər. Əmiraslanov bu məsələnin onu məyus etdiyini gizlətməyib. Bu səbbədən gündəmində olmadığını bildirib:

“Dövlətimizin layiq bildiyi əməkdar artis adına görə minnətdaram. Ancaq mənim vəziyyətimdə verilişlərə dəvət üçün rol oynamır. Nüfuzum yoxdur deyə efirlərinə çağırmırlar. Çağırdıqları qonaqlarda başqa nüanslar var ki, tez-tez dəvət alırlar.”

Studiyada səslənən bu sözlər müzakirələrə səbəb olub. Proqramın aparıcısı İsa Şükürov isə sənətçiyə dəstək verərək üzünü həmkarlarına tutub. O, sözügedən aparıcılara müraciət edərək Zaur Əmiraslanovu efirə dəvət etmələrini xahiş edib.

Verilişdə yaşanan bu məqam sosial şəbəkələrdə də diqqətdən yayınmayıb. İzleicilər məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirib, sənətçinin açıqlaması ətrafında geniş müzakirə aparılıb.

Mənbə: https://news.milli.az/showbiz/1316299.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button