“Adını Feriha koydum” plaqiat çıxdı

"Adını Feriha Koydum" serialı ilə bağlı açılmış məhkəmə işi üzrə qərar verilib.
Məhkəmə prosesinindən sonra serialın prodüseri Fatih Aksoy, ssenaristi Melis Civelek və "Medyapım"ın CEO-su Murat Saygı yazıçı Gülten Dayıoğlunu Gümüşsuyudakı evində ziyarət ediblər. Görüşün nəticəsi olaraq "Medyapım" 2007-ci ildə Gülten Dayıoğlu tərəfindən təsis edilmiş Gülten Dayıoğlu Çocuk ve Gençlik Edebiyatı Vakfının 10 il müddətinə əsas sponsorluğunu üzərinə götürüb.
Bu, əlavə, Gülten Dayıoğlunun əsərlərinin daha geniş auditoriyaya çatdırılması məqsədilə Dayıoğlu Sanat Ltd. ilə əməkdaşlıq çərçivəsində serial və film layihələrinin hazırlanmasına dair mühüm qərarlar qəbul edilib. Bu planlara yazıçının həyat və yaradıcılığını əhatə edən sənədli film layihəsi də daxildir.
Mənbə: https://news.milli.az/showbiz/1316351.html







