“Gələcək üçün də açıq-aydın planlarımız var” – İlham Əliyev

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında iki ölkənin gələcəklə bağlı planlarından danışıb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:
“Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Bunlar həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.
Mənbə: https://qafqazinfo.az/news/detail/gelecek-ucun-de-aciq-aydin-planlarimiz-var-ilham-eliyev-498979







