“Araz-Naxçıvan”dan Minimal Hesablı Qələbə » DaylyAz
Idman Xəbərləri 206

“Araz-Naxçıvan”dan minimal hesablı qələbə

Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir. 

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.

Növbəti görüşdə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gəlib. Qarşılaşma “Araz-Naxçıvan”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, komandanın yeni baş məşqçisi Andrey Demçenkonun rəhbərliyi altında əldə edilən ilk qələbəsi olub. Adıçəkilən komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. 

17:00. “Araz-Naxçıvan” – “Sumqayıt” – 1:0

Qol: Ramon Maçado, 45+5-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

Mənbə: https://qafqazinfo.az/news/detail/araz-naxcivandan-minimal-hesabli-qelebe-498985

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button