35 Yaşa Qədər Həkim ərə Getməməyə Icazə Vermirlər » DaylyAz
Şou Biznes Xəbərləri

35 yaşa qədər həkim ərə getməməyə icazə vermirlər

“Miss Azərbaycan” Səmra Hüseynovanın “Öz aramızda” verilişindəki fikirləri gündəmə gəlib.

Azərbaycanlı model əyalının yarısında psixoloji travmalar keçirdiyini bildirdi. O hesab edir ki, münasibətlərində dəfələrlə ciddi təkliflərlə qarşılaşsa da, sonradan müxtəlif səbəblərlə tərk edilib.

“Əvvəl evlilik təklifi edirlər, sonra “3 ay görüşək” deyib vaxt uzadırlar. Daha sonra müxtəlif səbəblər gətirib münasibətdən uzaqlaşırlar”, – deyə Səmra vurğulayıb.

Model sevgi və ailə mövzusunda da diqqət çəkən fikirlər səsləndirdi. O hesab edir ki, əgər münasibətin başlanğıcında ailə qurmaq niyyəti yoxdursa, sevgi zamanla sönür: “Sevginin müddəti var, təxminən üç ilə qədər davam edir. Daha sonra münasibət övlad üzərində qurulur və ailə bu səbəbdən dağılmır”.

Səmra Hüseynova nevropatoloqunun ona 35 yaşına qədər ailə qurmamağı və ciddi münasibətdən uzaq durmağı tövsiyə etdiyini də açıqladı. Onun sözlərinə görə, bəzi insanlar belə bir xəstəliyin mövcudluğunu inkar etsə də, OKP real psixoloji pozuntudur və travmalar nəticəsində yarana bilər. “Kimsə toxunduqda belə şüuraltı travma işə düşür”, – deyə model qeyd edib.

Verilişdən sonra yenidən həkimə müraciət etdiyini bildirən Səmra müalicə prosesinin 35 yaşında başa çatacağını dedi. O əlavə edib ki, hazırkı psixoloji vəziyyəti ilə ailə qurarsa, yaşadıqlarının övladına da təsir edə biləcəyindən ehtiyat edir.

Onun bu etirafları sosial mediada birmənalı qarşılanmadı. Bəzi izləyicilər açıqlamaları səmimi qiymətləndirdilər, digərləri isə səsləndirilən fikirlərlə razılaşmadıqlarını bildirdilər.

Mənbə: https://news.milli.az/showbiz/1316519.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button