Gecə Saat 2-də Tanımadığı Evin Qapısını Döyəndən Sonra Həbs Etdilər » DaylyAz
Kriminal

Gecə saat 2-də tanımadığı evin qapısını döyəndən sonra həbs etdilər

Bakıda gecə saatlarında tanınmayan şəxsin evinin qapısını döyərək mənzildəkilərin narahatlığına səbəb olan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Qafqazinfo qəzeti’nin əldə etdiyi məlumata görə, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yaşamaqda olan vətəndaş polisə müraciət edərək gecə saat 01:40 radələrində tanınmayan şəxsin onun mənzilinin qapısını döyərək xuliqanlıq etdiyini bildirmişdir.

Nərimanov Rayon Police İdarəsinin 16-cı Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törədən 1989-cu il təvəllüdlü Maksim S. saxlanılıb.

O, izahatında törətdiyi əməli etiraf edərək:

“Anam məni yaşadığımız evə buraxmadığı üçün dostum Qamiqin yaşadığı Nərimanov rayonu C.Hacıbəyli küçəsində yerləşən mənzilində müvəqqəti yaşayıram. Saat təxminən 01:40 radələrində sərxoş vəziyyətdə gecələmək üçün dostumun yaşadığı mənzilə gəldikdə səhvən qonşunun qapısını döymüşəm. Daha sonra isə yan qapıda yaşayan Qamiqin mənzilinə daxil oldum. Həmin mənzilin qapısını döyməkdə başqa məqsədim yox idi. Sadəcə sərxoş olduğumdan qapıları səhv salmışdım. Əməlimdən səmimi peşmanlıq duyuram” dedikdən sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda təqsirli bilinən Maksim 7 sutkalıq inzibati həbs olunub.

Mənbə: https://qafqazinfo.az/news/detail/gece-2-de-tanimadigi-evin-qapisini-doydu-hebs-edildi-499007

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button