“Neftçi” 5 Il Sonra Böyük Məhsuldarlığı Qazandı » DaylyAz
Idman Xəbərləri 206

“Neftçi” 5 il sonra böyük məhsuldarlığı qazandı

“Neftçi” klubu 5 ildən sonra Misli Premyer Liqasında ardıcıl iki səfər oyununda üç və ya daha çox qol vurub.

“Qafqazinfo” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XVIII turda “Araz-Naxçıvan”ı 4:0, XX turda isə “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən bakılılar məhsuldarlıq seriyası yaxalayıblar.

“Bakılıların” səfər matçlarında belə məhsuldarlığı sonuncu dəfə 2020/2021 mövsümünün sonunda qeydə alınıb.

Paytaxt təmsilçisi 2021-ci ilin mayında keçirilən ardıcıl iki səfər görüşündə “Şamaxı”nı 3:0, “Səbail”i isə 4:0 hesabı ilə üstələmişdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/neftci-5-il-sonra-bunu-bacardi-499025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button