Xətai Rayonunda Yaşayış Binasında Yanğın - Video » DaylyAz
Kriminal

Xətai rayonunda yaşayış binasında yanğın – Video

Xətai rayonu M.Hadi küçəsi 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olundu.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 128 kv.m. olan üçotaqlı mənzilin mətbəxində 3p.m. mətbəx mebeli və məişət əşayaları yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olundu. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olundu.

Video: https://www.youtube.com/watch?v=d9qupRiN7zA

Mənbə: https://qafqazinfo.az/news/detail/xetaide-yasayis-binasinda-yangin-video-499037

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button