UEFA Çempionlar Liqası pley-off mərhələsinin “Qarabağ”la “Nyukasl” arasında keçiriləcək ilk matçının təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, oyunu Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi Espen Eskas olacaq. Ona yan xətt hakimləri Yan Erik Enqan və Elias Başevkin köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Görüşdə VAR-da niderlandlı Rob Diyperink əyləşəcək. AVAR-da isə onun həmyerlisi Dennis Hiqler olacaq

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” qarşılaşması fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-nyukasl-matcinin-hakimleri-aciqlandi-499041

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *