Aktual xəbərlər
Putin Qazaxıstana gedəcək

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana yollanacaq.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Rusiya lideri bu barədə məlumatı qazaxıstanlı həmkarı Kasım Jomart-Tokayevlə telefon danışığı zamanı açıqlayıb.
Onun sözlərinə görə, mayın sonunda Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edəcək.
Tərəflər həmçinin söhbət zamanı iki ölkə arasındakı münasibətləri, eləcə də birgə iqtisadi-ticarət layihələrini müzakirə ediblər.
Mənbə: https://qafqazinfo.az/news/detail/putin-qazaxistana-gedecek-499059







