Kriminal
Moskvada azərbaycanlı ailənin üzvləri faciəvi şəkildə həyatına son verdilər

Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı cütlük faciəvi şəkildə həyatına son verib. “Qafqazinfo” MK-nın məlumatına görə, hadisə Salaryevo Park yaşayış kompleksində qeydə alınıb.
Bir kişi və bir qadının cəsədi binanın yaxınlığında tapılıb. İlkin ekspertiza onların xəsarətlərinin intihardan qaynaqlandığını göstərib. Faciə zamanı cütlüyün 5 yaşlı uşağı mənzildə olub. Hazırda uşaq müvəqqəti olaraq hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb və onun təhlükəsizliyi təmin edilib.







