Bu gün Vardanyan barəsində hökm oxunacaq

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə açıq məhkəmə iclası keçiriləcək.
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən R.Vardanyana hökm oxunacaq.
Xatırladaq ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib.
R.Vardanyan CM-nin 100.1, 100.2, 107, 109, 110, 112, 113, 114.1, 115.2, 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12, 29.120.2.1, 29.120.2.3, 29.120.2.4, 29.120.2.7, 29.120.2.11, 29.120.2.12, 192.3.1, 214.2.1, 214.2.3, 214.2.4, 214-1, 218.1, 218.2, 228.3, 270-1.2, 270-1.4, 278.1, 279.1, 279.2, 279.3 və 318.2-ci maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə fevralın 5-də başa çatmışdır.
Ötən il yanvarın 17-də başlamış və bir ildən çox davam edən prosesdə təqsirləndirilən şəxslər barəsində bu il fevralın 5-də yekun qərar (hökm) elan edilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/bu-gun-vardanyana-hokm-oxunacaq-499132







