"Buna Görə Mənə Maşın, Ev HƏDİYƏ EDİLBLƏR" » DaylyAz
Şou Biznes Xəbərləri

“Buna görə mənə maşın, ev HƏDİYƏ EDİLBLƏR”

Müğənni Sevda Kazımovanın “Öz aramızda” verilişindəki sözləri canlı yayımda gərgin anlara səbəb olub. Sevda Kazımova müsahibədə bildirmişdir ki, xarakterinə və münasibətinə görə ona bahalı hədiyyələr təqdim edilib:

“Xasiyyətimə görə mənə maşın da, ev də hədiyyə ediblər.”

Bu sözlər studiyada etirazla qarşılanıb. Müğənni Sevil İsgəndərli həmkarının fikrinə reaksiya verərək efirdə bu tip açıqlamaların doğru olmadığını bildirib. O, sənət adamlarının belə mövzuları ictimai platformada səsləndirməsini qınayıb. Canlı yayımda tərəflər arasında fikir ayrılığı yaranıb və mövzu ətrafında qızğın müzakirə gedib. Verilişdən yayılan görüntülər sosial şəbəkələrdə də geniş paylaşılıb. İzləyicilər məsələ ilə bağlı fərqli mövqelər sərgiləyiblər: Bəziləri Sevda Kazımovanın səmimi danışdığını desə də, digərləri Sevil İsgəndərlinin iradını haqlı hesab ediblər.

Mənbə: https://news.milli.az/showbiz/1316630.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button