“Nyukasl”ın Bizə Uyğun Olmayan Oyun Stili Var” - Qurban Qurbanov - Video » DaylyAz
Idman Xəbərləri 206

“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – Qurban Qurbanov – Video

“Qarabağ”ın baş məşqçisi Qurban  Qurbanov sabah Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə oyunöncəsi mətbuat konfrasında danışıb.

“Çempionlar Liqasının pley-off mərhələsində oynamaq Azərbaycan tarixində bir ilkdir. “Nyukasl” köklü klubdur, dünyanın bir nömrəli liqasından gəlmiş komandadır. Oyuna hazırlaşmaq üçün vaxtımız az idi. Amma kənardan futbolçularımın hazırlığına, oyun haqqında fikirlərinə diqqət edirəm. Görürəm ki, çox məsuliyyətli və həyəcanlıdırlar. Bu mənə bir az inam verir. Rəqibə baxmışıq, bəlkə də bizə uyğun olmayan bir oyun stili var.

Məncə, digər komandalar da onlara qarşı oynamaq istəməzlər. Buna baxmayaraq doğma meydanımızda yaxşı mübarizə aparmağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. Fiziki cəhətdən güclüdürlər və sürətli futbol oynayırlar”.

Mənbə: https://qafqazinfo.az/news/detail/nyukaslin-bize-uygun-olmayan-oyun-stili-var-qurban-qurbanov-video-499209

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button