Biçənək Yolunda Qaya Uçqunu - Video » DaylyAz
Aktual xəbərlər

Biçənək yolunda qaya uçqunu – Video

Güclü qar və yağışlar nəticəsində Naxçıvan MR-in Şahbuz rayon Biçənək kənd avtomobil yolunda qaya uçqunu baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Hadisə nəticəsində Zərnətün körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.

Dərhal əraziyə Naxçıvan AYDA-nın texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.

Mənbə: https://qafqazinfo.az/news/detail/bicenek-yolunda-qaya-ucqunu-video-499213

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button