“10 Qat Aşağı Büdcə Ilə Buralara Gəlib çatmışıq” - Tahir Gözəl-Video » DaylyAz
Idman Xəbərləri 206

“10 qat aşağı büdcə ilə buralara gəlib çatmışıq” – Tahir Gözəl-Video

“Biz bu gün haradayıq, bunu idrak etməliyik. Avropa superliqalarında oynayan 850 klub var ki, onların hamısının büdcəsi bizdən artıqdır. Lakin bu nəticələrə görə biz 2000-2500 komanda arasında ilk 24-lükdəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib:

“Biz isə 10 qat aşağı büdcə ilə buralara gəlib çatmışıq. Bu hamımıza möhtəşəm qürur və özünəinam verir. Son vaxtlar “Qarabağ”ın ağır qrafiki var idi. Şamaxıda qarda, Qubada palçığın içində oyunlarımız oldu. Amma indi görürəm ki, futbolçularda özünəinam var. “Qarabağ” sabahkı oyunun önəmini bilir və əminəm ki, futbolçularımız özlərində ilahi güc tapacaqlar. Necə ki, “Ayntraxt”la oyunda bunu etdik”.

Daha ətraflı videoda:

Mənbə: https://qafqazinfo.az/news/detail/10-qat-asagi-budce-ile-buralara-gelib-catmisiq-tahir-gozel-video-499219

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button