“Qalatasaray” Doğma Meydanda Uduzur - Yenilənir+Video » DaylyAz
Idman Xəbərləri 206

“Qalatasaray” doğma meydanda uduzur – Yenilənir+Video

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İstanbulda keçirilən “Qalatasaray” – “Yuventus” matçı gözlənildiyi kimi gərgin start götürüb.

“Qafqazinfo” xəbər verir ki, “Rams Park”da baş tutan qarşılaşmanın ilk dəqiqələrindən tərəflər hücum futboluna üstünlük veriblər.

Matçın 15-ci dəqiqəsində meydan sahiblərinin braziliyalı ulduzu Qabriel Sara dəqiq zərbə ilə “Yuventus”un qapısına yol taparaq hesabı açıb.

Lakin “sarı-qırmızılılar”ın qol sevinci çox çəkməyib. Cəmi bir dəqiqə sonra – 16-cı dəqiqədə turinlilərin hollandiyalı yarımmüdafiəçisi Teun Kopmayners tarazlığı bərpa edib – 1:1.

32-ci dəqiqədə Kopmayners dubla imza atıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/qalatasaray-dogma-meydanda-uduzur-yenilenirvideo-499237

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button