Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ – Nyukasl” oyunu üçün ölkəmizə gələn ingilis azarkeşlər qalmaqallı hərəkətləri ilə diqqəti cəlb ediblər.

Qafqazinfo xəbər verir ki, onlar Bakıda “pub”ların birinə gedərək, orada asılan “Çelsi” bayrağını çıxarıblar. Bu hadisə haqqında görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Qeyd edək ki, qarşılaşma bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Mənbə: https://qafqazinfo.az/news/detail/ingilisler-bakida-celsi-bayragini-sokdu-video-499261

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *