Ermənistanda Hərbi Parad Keçiriləcək » DaylyAz
Aktual xəbərlər

Ermənistanda hərbi parad keçiriləcək

Ermənistan hökuməti mayın 28-də ölkədə geniş hərbi parad keçirməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Hraparak” qəzeti yayıb.

Qəzet parlament seçkilərdən 10 gün qabaq təşkil olunacaq bu paradın ölkənin Baş naziri Nikol Paşinyanın PR-ı məqsədilə keçiriləcəyini iddia edib. 

Tədbirə hazırlıqların hələ ötən ilin dekabrından başladığı və hazırda məşqlərin davam etdiyi bildirilib. 

Xatırladaq ki, Ermənistanda iyunun 7-də parlament seçkiləri keçiriləcək.

Mənbə: https://qafqazinfo.az/news/detail/ermenistanda-herbi-parad-kecirilecek-499284

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button