ABŞ Səfirliyindən Nərimana - Təbrik » DaylyAz
Idman Xəbərləri 206

ABŞ səfirliyindən Nərimana – Təbrik

ABŞ-nin Azərbaycandakı Səfirliyi futbolçu Nəriman Axundzadənin “Kolumbus Kru” klubuna keçməsi münasibətilə təbrik edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səfirliyin rəsmi səhifəsi paylaşım edib. 

“Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən “Kolumbus Kru” klubu ilə müqavilə imzalaması münasibətilə səmimi qəlbdən təbrik edirik. “Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur. Eyni zamanda “Qarabağ” klubuna bu axşam Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!”, – paylaşımda qeyd olunub.

Mənbə: https://qafqazinfo.az/news/detail/abs-sefirliyinden-nerimana-tebrik-499293

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button