Novruz bayramında sevinmirəm: Yeganə Mürsəlovanın səmimi etirafı

Müğənni Yeganə Mürsəlova Novruz bayramı ilə bağlı səmimi bir etirafı ilə diqqət çəkib. O bildirib ki, illər keçsə də, həmin tarixlər onun üçün ağır olaraq qalır.
Müğənni hazırda anası ilə birlikdə yaşadığını və evini “anamın ocağı” adlandırdığını deyib. Bir vaxtlar Novruz süfrəsi arxasında bacı-qardaşların onun evində toplaşdığını xatırladan ifaçı əlavə edib ki, sonradan anası bu ənənənin düzgün olmadığını bildirib: “Uşaqları bayram sevincindən məhrum edirik,” – deyə sənətçinin sözlərinə görə, anası belə söyləyib.
Yeganə Mürsəlova vurğulayıb ki, atasının vəfatından sonra həm özü, həm də qardaşı ailə qurub, ailəyə oğul övladları gəlib. Anası isə “Allah birini alar, birini verər” deyərək ailəni yenidən bayram əhval-ruhiyyəsinə qayıtmağa təşviq edib.
Mənbə: https://news.milli.az/showbiz/1316846.html







