Bakıda keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında “Qarabağ”ın qapısına 4 dəfə yol tapan Entoni Qordonun oyunu ən yaxşı oyunçu seçilib.

“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə ingiltərəli hücumçu tarixi bir performans nümayiş etdirib.

İlk hissədə “poker” edən (3, 32, 33 və 45+1-ci dəqiqələrdə) 25 yaşlı futbolçu UEFA-nın texniki müşahidəçiləri tərəfindən matçın ən yaxşı oyunçusu mükafatına layiq görülüb. Qordon cəmi 45 dəqiqə ərzində oyunu təkbaşına həll edərək “Nyukasl”ın 6:1 hesablı darmadağıntısın ən böyük töhfəsini verib.

Mənbə: https://qafqazinfo.az/news/detail/pokere-imza-atan-qordon-oyunun-en-yaxsisi-secildi-499352

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *