Zaur Baxşəliyevdən Gedir: "Nöqtəni Qoyub Gədəcəyəm" » DaylyAz
Şou Biznes Xəbərləri

Zaur Baxşəliyevdən Gedir: “Nöqtəni Qoyub Gədəcəyəm”

Aparıcı Zaur Baxşəliyev səsləndirdiyi fikirlərlə yenidən gündəmə gəlib.

Canlı yayım zamanı səmimi danışan aparıcı artıq uzun illərdir davam edən gərgin tempin və psixoloji yükün onu yorduğunu bildirib:

"Həqiqətən artıq yoruluram. Bu qədər əsəb-stress çəkmək çox çətindir. Bir gün bir yerdə nöqtəni qoyub çıxıb gedəcəyəm. İnanın ki, artıq səbrim çatmır".

Zaur Baxşəliyev onu tənqid və ya təhqirlərin əsəbiləşdirmədiyini də xüsusi vurğulayıb: "Mənə kimin isə tənqidi, təhqiri qətiyyən təsir etmir, o şeylərə çox dözümlüyəm. Amma insan ümumi gərginlikdən yorulur".

Aparıcının bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onu dəstəkləyərək çətin sosial mövzularla işləməyin ağır olduğunu qeyd edib, digərləri isə verilişin davam edib-etməyəcəyi ilə bağlı suallar ünvanlayıblar.

Mənbə: https://news.milli.az/showbiz/1317048.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button