Bakı Küçələrində Oyun çıxaran Motosikletçi Həbs Edildi - Video » DaylyAz
Kriminal

Bakı küçələrində oyun çıxaran motosikletçi həbs edildi – Video

Paytaxtda avtoxuliqanlıq sürücü həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər DYP İdarəsi tərəfindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını gizlədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan və bir müddət əvvəl də avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunan 99-L-768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü S.Zeynalovun nəqliyyat vasitəsini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

O, 30 sutka inzibati qaydada həbs edilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/baki-kucelerinde-oyun-cixaran-motosikletci-hebs-edildi-video-499399

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button