Nadir Qafarzadə Toy Məclislərində Mənimlə Birlikdə çıxış Edibmiş » DaylyAz
Şou Biznes Xəbərləri

Nadir Qafarzadə toy məclislərində mənimlə birlikdə çıxış edibmiş

Könül Kərimova canlı efirdə maraqlı açıqlaması ilə diqqət çəkib.

Sənətçi bildirib ki, bir vaxtlar Nadir Qafarzadə toy məclislərində onunla birlikdə çıxış edib və "oğlan oxuyanı" kimi məclislərə qatılıb. Onun sözlərinə görə, toylarda tez-tez Nadirə görə təşəkkür ediblər və ifası yüksək qiymətləndirilib:

"Həmişə onunla toya gedəndə, Nadirə görə mənə təşəkkür edirdilər. Onun ifasını çox tərifləyirdilər".

Kərimova qeyd edib ki, Nadir Qafarzadə təkcə onunla deyil, həmçinin Ruhəngiz Allahverdiyeva və Nüşabə Ələsgərli ilə də toy məclislərinə qatılıb. Onun sözlərinə görə, həmin dövrdə zarafatla aralarında "kimlə toya gedəcək?" mövzusunda müəyyən rəqabət də yaranıb.

Səsləndirilən fikirlər studiyada maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1316869.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button