Şou Biznes Xəbərləri
Azərbaycanlı müğənni 25 yaş “CAVANLAŞDI” – VİDEO

Müğənni Mənzurə Musayeva imicində etdiyi dəyişikliklə gündəmə gəlib.
İfaçının fərqli və daha gənc görünüş bəxş edən saç stili həm studiyada, həm də sosial şəbəkələrdə maraqla qarşılanıb. Aparıcının da diqqətini çəkən yeni imic efirdə təəccüb və maraq doğurub.
Mənzurə Musayevanın yeni saç düzümünün ona xeyli cavan görünüş qazandırdığı qeyd olunur. İzləyicilər sənətçinin sanki 20-25 yaş cavanlaşdığını bildirərək bu dəyişikliyi müsbət qiymətləndiriblər.
Sosial mediada yayılan görüntülər qısa zamanda müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sənətçinin yeni stilini uğurlu adlandırsa da, digərləri onun əvvəlki görünüşünü daha çox bəyəndiklərini yazıblar.
Mənbə: https://news.milli.az/showbiz/1316449.html







