Cəlilabadda şəhid Mahir Quliyevlə Vida Mərasimi Keçirildi - Fotolar » DaylyAz
Aktual xəbərlər

Cəlilabadda şəhid Mahir Quliyevlə vida mərasimi keçirildi – Fotolar

Uzun illər itkin kimi qeydiyyatda olan şəhidin nəşinin qalıqları müəyyən edilərək bu gün ailəsinə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, ailəsinin və yaxınlarının yolunu gözlədiyi Mahir Quliyevin nəşinin tapılması və şəxsiyyətinin müəyyən olunması dövlətimizin şəhidlərimizə və itkin düşmüş soydaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Şəhid Mahir Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mahir Quliyev 1958-ci ildə Cəlilabad şəhərində anadan olub. O, könüllü olaraq döyüşlərə qatılarkən iki azyaşlı qızı və bir oğlunu Vətənə əmanət edib. 1992-ci il iyunun 15-də Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Mənbə: https://qafqazinfo.az/news/detail/celilabadda-sehid-mahir-quliyevle-vida-merasimi-kecirildi-fotolar-499452

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button