Aktual xəbərlər
ABŞ-nin vitse-prezidenti Vensin Ermənistana göndərəcəyi səfər proqramı açıqlandı

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu gün Ermənistana rəsmi səfər edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.
9-10 fevral tarixlərində davam edəcək səfər zamanı onu həyat yoldaşı Uşa Vens müşayiət edəcək. Məlumata görə, bu gün axşam saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ vitse-prezidenti ilə görüşü başa tutacaq.
Görüşdən sonra tərəflər bəyanatlarla çıxış edəcəklər.
Mənbə: https://qafqazinfo.az/news/detail/vensin-ermenistana-sefer-proqrami-aciqlandi-498199







